Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan yığmasının qrupdakı yeri 

UEFA Millətlər Liqasının dünən baş tutan püşkatma mərasimində C liqasında Kipr, Lüksemburq və Monteneqro ilə eyni qrupa düşən Azərbaycan millisinin şansları barədə müxtəlif proqnozlar verilməyə başlayıb...

PİA.az-ın məlumatına görə, Yunanıstan, Kosovo, Sloveniya kimi komandaların rəqib kimi önümüzə çıxmaması nə qədər sevindirici olsa da, hazırkı qrup da çox ümid bəsləməyə əsas vermir.

Hər nə qədər azarkeşlər Millətlər Liqasına son ümid kimi baxsalar da, reallıq başqa mənzərəni ortaya çıxarır. Hələ baş məşqçisi bəlli olmayan milli üzvləri əsasən Premyer Liqada çıxış edən futbolçulardan təşkil olunub. Qış fasiləsində bir çoxu ölkə xaricindən “gələn təkliflərlə” bağlı “nağıllar” danışsa da, yekunda daha 2 legionerimiz – Emil Balayev və Ramil Şeydayev ölkəyə qayıtdılar. Pavel Paşayev, Dmitri Nazarov, Riçard Almeyda, Eddi İsrafilov, Rüfət və Renat Dadaşov qardaşları istisna olmaqla, milli səviyyəsində başqa legionerimiz yoxdur. Adıçəkilənlərin də hamısı milliləşdirilmiş oyunçulardır və yalnız Paşayevlə Almeyda yüksək liqada oynayır.

Rəqiblərin heyətlərinə və son nəticələrinə də nəzər yetirsək, təəssüf ki, yığmamızı qrupun autsayderləri sırasında göstərməliyik. Nisbətən münasib rəqib kimi Lüksemburqu saymaq olar. Ancaq onların da legionerləri ölkə daxilində qalanların sayından qat-qat çoxdur. Almaniya Bundesliqasında, Polşa Ekstraklasasında, Rusiya və Ukrayna Premyer Liqasında, İsveçrə Super Liqasında lüksemburqlu oyunçulara rast gəlmək mümkündür. Hətta bu ölkənin MLS liqasında da futbolçusu var. Belçika, Almaniya, Fransanın ikinci liqasındakıları hələ demirik.

Get-gedə daha təcrübəli komandaya çevrilən Monteneqrodan da qorxmaq lazımdır. Çünki onların futbolçuları daha yüksək səviyyəli klublarda çıxış edirlər. Təsadüfi deyil ki, ötən ilin noyabrında açıqlanan son heyətə ölkə çempionatında olan cəmi 5 futbolçu çağırılıb. “Böyük beşlik” ölkələrindən Fransa Liqa1-i, İspaniya La Liqası, İtaliya A seriyasında oynayan futbolçuları var. Nikola Vukçeviç, Adam Maruşiç, Stevan Saviç, Marko Yankoviç, Stevan Yovetiç kimi tanınmış simaların birinin transfer qiyməti bizim milli üzvlərinin ümumi qiymətindən də bahadır.

AVRO-2020-nin seçmə qrup mərhələsində 10 xal toplayan Kiprdə vəziyyət bir qədər fərqlidir. Yığmanın əsası Kipr çempionatında çıxış edən oyunçulardan qurulur. Legionerlərinin sayı az olsa da, samballı liqalarda çıxış edirlər. Hər halda, Yunanıstan Super Liqası, Belçika Yupiler Pro Liqası, hətta İtaliya B seriyası və İngiltərə Çempionşipinə qədər getmək hazırda bizimkilər üçün əlçatmaz görünür.

Bütün bunlar o demək deyil ki, millimiz qrupdakı rəqibləri ilə mübarizə apara bilməz. Hər halda Kipr, Lüksemburq və Monteneqro nə İspaniya, nə Rusiya, nə Türkiyə səviyyəsindədir. Heç Slovakiya və ya Bolqarıstana da tay deyillər. Baş məşqçinin oyunlarda uğurlu heyət və taktiki seçimi vəziyyəti lehimizə çevirə bilər. Çünki önümüzdəkilər məğlubedilməz komandalar deyil. Yeganə fərq ondadır ki, onların fərdi keyfiyyəti yüksək olan bir neçə futbolçusu var, biz isə yalnız kollektiv oyun və taktiki gedişlərlə nəyəsə ümid edə bilərik.

Bir sözlə, mənzərə bizim üçün heç də kənardan göründüyü qədər rəngarəng deyil.

C liqasının 1-ci qrupundakı komandaların son oyunlara çağırılan futbolçularının hazırda çıxış etdikləri ölkələr:
Azərbaycan (6 legioner): Ukrayna, Almaniya, İspaniya, İngiltərə, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri – hərəsində 1 futbolçu.
Kipr (10): İngiltərə - 3, Yunanıstan, İtaliya – 2, Qazaxıstan, Belçika, Macarıstan – 1.
Lüksemburq (24): Almaniya – 8, Belçika – 4, Ukrayna – 3, Fransa – 2, İsveç, Polşa, ABŞ, Kipr, Rusiya, İsveçrə, Hollandiya - 1.
Monteneqro (33): Serbiya – 4, Belçika – 3, İspaniya, İtaliya, Fransa, Rumıniya, Xorvatiya, Polşa, Rusiya, Qazaxıstan – 2, Bolqarıstan, Şotlandiya, Özbəkistan, Belarus, Çexiya, İsveç, İsrail, Cənubi Koreya, Ermənistan, Avstriya.

Qeyd edək ki, UEFA Millətlər Liqasının oyunları bu ilin sentyabr-noyabr aylarında keçiriləcək. (Apasport.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Baş direktor: ICESCO azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır  

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Ən çox oxunanalar